Niderlandın Baş naziri Mark Rutte bu gün Ukraynaya gəlib.
Azpost.info xəbər verir ki, o, Kiyev və İrpində olub.
“Əlbəttə, biz hamımız şəkilləri görmüşük, amma burada olmaq başqadır…”, – Rutte İrpinə səfəri zamanı deyib.
Şəhər meri Baş nazirə rus işğalçılarının törətdiyi kütləvi dağıntıları göstərib və onun bərpası üçün Niderland hökumətindən kömək istəyib.
Mark Ruttenin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.
Azpost.info
