Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Səkini zəbt etdi, təhlükə yaratdı

Orkhan Ali 05 İyun 2025 - 10:30 (Last updated: 09 İyun 2025 - 23:59)
Səki

Səki

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən AzPost-un soröusuna cavab olaraq bildirilib ki, qeyd olunan  məsələ ilə bağlı araşdırma aparılıb və qaydaları pozan sürücü barəsində qanunvericiliyin təəblərinə uyğun olaraq 60 manat və 2 bal cərimə tətbiq edilib.

***

Səkidə park edilən avtomobil piyadaları yolun ortasına çıxmağa məcbur edir.

Nizami rayonu, Qara Qarayev prospektində səkiyə park edilmiş avtomobil piyadaların həyatını təhlükəyə atır. AzPost xəbər verir ki, sözügedən ərazidə 77-LH-359 dövlət nömrə nişanlı avtomobil səkidə qanunsuz şəkildə saxlanılıb. Nəticədə piyadalar yolun hərəkət hissəsinə çıxmaq məcburiyyətində qalırlar.

Bu cür halların artması və nəzarətsiz qalması piyadaların təhlükəsizliyinə ciddi risk yaradır. Fotoda da göründüyü kimi, insanlar avtomobilə görə səkidən istifadə edə bilmir və yol kənarında, hərəkətdə olan nəqliyyat vasitələrinin arasında yeriməyə məcbur olurlar.

Qanunvericiliyə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinə və İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə görə, piyadaların hərəkətinə maneə yaradan və səkidə park edən sürücülər cərimələnə, eyni zamanda, bu kimi hallar avtomobilin cərimə meydançasına aparılması ilə də nəticələnə bilər.

Məsul qurumlar bu cür qayda pozuntularına qarşı nəzarəti gücləndirməli və ictimai təhlükəsizliyə təhdid yaradan hallara qarşı ciddi tədbirlər görməlidirlər.

AzPost.az

Post navigation

Previous: Azsığorta Direktorlar Şurasına yeni TƏYİNAT
Next: Nazirlik əməkdaşı iş başında faciəli şəkildə öldü

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral vəzifəsindən azad edildiyini təsdiqləyib. O, qərarın Azərbaycanla bağlı...
Read more about Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək? hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.