Səlim Müslümovun Aparat rəhbəri işləmiş yazıçı Əjdər Ol həbs olunub

Yazıçı-şair Əjdər Ol (Əjdər Cəbiyev) saxlanılıb.

Bu barədə Kulis.az -a Əjdər Olun qardaşı Şahəli Cəbiyev məlumat verib.

O, bildirib ki, qardaşı ötən həftənin cümə günü saxlanılıb.

Xatırladaq ki, Əjdər Ol vaxtı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparat rəhbəri işləyib.

Ötən həftə sabiq nazir Səlim Müslümov saxlanılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əjdər Ol da Səlim Müslümovun rəhbərlik etdiyi dövrdə nazirliyin aparat rəhbəri işləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ombudsman 14 yaşlı qızın nişan mərasimi ilə bağlı Gürcüstanlı həmkarına müraciət etdi

Sonrakı məqalə

Milli Məclisin sədri Britaniyanın dövlət naziri ilə görüşüb –