Şəmkirdə 83 yaşlı kişini güllələyərək öldürən şəxsin məhkəməsi başlayır

Şəmkirdə 83 yaşlı kişini güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Qeyd edək ki, ötən il ktyabrın 25-də Şəmkir rayonu, İrmaşlı kənd sakini 1937-ci il təvəllüdlü Mustafayev İsa Göyalı oğlunun odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1947-ci il təvəllüdlü Rüstəmov Hüseyn Novruz oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq İsa Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hüseyn Rüstəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azad edilmiş ərazilərin bərpası üçün tələb olunan vəsait barədə təkliflər hazırlanacaq

Sonrakı məqalə

Vergi və rüsumlar üzrə güzəşt və azadolmalara dair məlumatlar müəyyənləşəcək