Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib

Şəmkirdə yaşayış yerini tərk edən koronavirus xəstələri müəyyən edilib.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib. Verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakinləri Xanım Aslanlı, Bulqeys İbrahimova, Asiman Süleymanov və Seymur Əmiraslanov ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dekabrın 18-də Hövsanda güzəştli mənzillərin satışına başlanacaq

Sonrakı məqalə

“Bir millət, iki dövlət. Zəfər paradı” poçt markası dövriyyəyə buraxılıb –