Sərhəd delimitasiyası üzrə Komissiyanın iclası oktyabrın 31-də Brüsseldə keçirilə bilər

“Azərbaycan hakimiyyətinə oktyabrın 31-də Brüsseldə sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın keçirilməsini təklif etmişik”.

Azpost.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Tviter”də yazıb.

Qeyd edək ki, sentyabrın 28-də Ağ Evdə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında görüş keçirilib. Onlar ilin sonuna qədər sərhədin delimitasiyası və sülh müqaviləsi bağlanması barədə razılığa gəliblər.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.