Sərhəd kəndindən İrəvana yürüş başlayıb, yürüşə keşiş başçılıq edir

“Vətən naminə Tavuş” hərəkatı Azərbaycanla sərhəddə yerləşən Kirants (Xeyrimli) kəndindən İrəvana yürüşə başlayıb.

“Sputnik Armenia” xəbər verir ki, bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının nümayəndəsi, arxiyepiskop Baqrat Qalstanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın digər rayonları və qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının durmadan artacağına əminliyini ifadə edib.

Tavuş yeparxiyasının nümayəndəsi qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

Əvvəlki məqalə

Azərbaycanla tərəfdaşlıq sabitliyi artırmaq məqsədi daşıyır

Sonrakı məqalə

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirilib