Səudiyyə Ərəbistanı İrana zərbələr endirməsi üçün İsrailə hava məkanını açmayıb- “Reuters”

Səudiyyə Ərəbistanı İrana zərbələr endirmək üçün İsrailə hava məkanını açmayıb.

Azpost.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı rəsmisi “Reuters” agentliyinə bildirib.

Körfəz ölkələri daha əvvəl ABŞ-ı İsrailin İranın neft obyektlərinə zərbəsinin qarşısını almağa çağırmışdı. Ərəb monarxiyaları öz neft obyektlərinin Tehranın peyklərindən atəşə tutula biləcəyindən narahatdırlar.

Bundan başqa, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər də daxil olmaqla, region ölkələri İsrail təyyarələrinin İrana hücum etmək üçün öz hava məkanından istifadə etməsinə icazə verməkdən imtina ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.