Səudiyyə Ərəbistanı və Omandan olan nümayəndə heyəti Husi üsyançıları ilə atəşkəs barədə müzakirələr aparmaq üçün gələn həftə Yəmənin paytaxtı Sənaya səfər edəcəklər.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters”ə danışıqlarda iştirak edən iki mənbə məlumat verib.
Mənbələr bildiriblər ki, razılıq əldə olunarsa, tərəflər bunu Qurban bayramından əvvəl elan edə bilərlər.
“Yəmənin dəniz və hava limanlarının tam şəkildə açılması, dövlət qulluqçularına maaşların ödənilməsi, həmçinin bərpa prosesi və siyasi keçid müzakirə olunur”, – məlumatda deyilir.
Azpost.info