Səudiyyə XİN rəhbəri son 7 ildə ilk dəfə İrana səfər edib

Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan ölkələr arasında diplomatik münasibətlərin bərpasından sonra ilk dəfə İrana gedib.

Azpost.info xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” məlumat yayıb.

Səfər zamanı şahzadə İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian da daxil olmaqla İranın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

Səfər zamanı Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin açılış mərasimi baş tuta bilər.

İRNA qeyd edir ki, danışıqlar zamanı siyasətçilərin ikitərəfli münasibətlər, əməkdaşlıq və əlaqələrin inkişafı məsələləri, o cümlədən regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.

Azpost.info

Əvvəlki məqalə

Hakan Fidan Darçiaşvili ilə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatını müzakirə edib

Sonrakı məqalə

“Əgər çox ağıllıyamsa, onda niyə “Tviter”ə o qədər pul verdim?”