“S-400″ məsələsində Türkiyəyə qarşı mövqeyimiz dəyişməyib” –ABŞ Dövlət Departamenti

ABŞ-ın yeni administrasiyası, Ankaranın bu sahədəki təşəbbüslərinə baxmayaraq, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi ilə bağlı öz mövqeyini qoruyub.

APA TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Bizim “S-400” məsələsi ilə bağlı siyasətimiz dəyişməyib”, – ABŞ xarici siyasət idarəsinin rəsmisi belə deyib.

“Rusiyanın “S-400” sistemləri NATO hərbi avadanlığı ilə uyğun gəlmir, NATO texnologiyalarının təhlükəsizliyini təhdid edir və Türkiyənin NATO üzvü kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir”, – deyə Prays əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ prezidenti ilə Çin sədri ilə ilk telefon danışığı olub –

Sonrakı məqalə

Dünyada hər il 359 milyard kubmetr çirkab su istehsal edilir