Səhər saatlarında qəbul edilən qidalar günün gedişatına ciddi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş içkilər maddələr mübadiləsini aktivləşdirə bilər. Bu baxımdan limonlu su ən çox tövsiyə olunan variantlardan biridir.
AzPost mütəxəssislərə istinadla xəbər verir ki, limonlu su həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Bu içki orqanizmin oyanmasına və metabolizmin sürətlənməsinə kömək edir.
Həkimlər qeyd edirlər ki, limonlu suyu səhər acqarına içmək daha faydalıdır. Bu zaman təsiri daha güclü olur. Lakin həddindən artıq istifadə mədə problemlərinə səbəb ola bilər.
Bundan əlavə, bu içki orqanizmin təmizlənməsinə də kömək edir. O, zərərli maddələrin çıxarılmasını sürətləndirir. Mütəxəssislər balanslı istifadənin vacibliyini vurğulayırlar.