Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən şəxs tutulub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacısı, 16 yaşlı S. Rəhimova saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Şəmkirdə bıçaq xəsarəti alan 12 yaşlı qız xəstəxanada ölüb.
Rayonun Mahmudlu kənd sakini 2014-cü il təvəllüdlü Ə. Namazova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qızın valideynləri onun bu gün itkin düşməsi ilə bağlı polisə müraciət ediblər. Lakin bundan bir qədər sonra qız öz həyətyanı sahələrində yaralanmış şəkildə tapılıb.
Hazırda hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.