Şəmkirdə 68 yaşlı qadının qətli ilə bağlı cinayətin üstü açılıb- BİRGƏ MƏLUMAT

Ötən ilin dekabrın 23-də Şəmkir rayon sakini 1957-ci il təvəllüdlü Mahmudova Solmaz Dadaş qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən birgə icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb.

Bu, Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında öz əksini tapıb.

Bildirilib ki, həyata keçirilmiş tədbirlərlə zərərçəkmiş Solmaz Mahmudovanın 1996-cı il təvəllüdlü Həmidli Arzu Mahir oğlu tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Arzu Həmidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edilib ki, bağlı qalmış cinayət işləri, o cümlədən itkin düşmüş şəxslərin axtarışları daim diqqət mərkəzində saxlanılmaqla onların tapılması, cinayət əməlini törədən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.