Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

“Səssiz Xəbərdarlıq” layihəsi başa çatıb

User 01 Avqust 2026 - 18:30 (Last updated: 01 Avqust 2026 - 19:48)
qht sessiz

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səssiz Xəbərdarlıq” – fövqəladə hallar zamanı səssiz, vizual xəbərdarlıq layihəsi uğurla başa çatmışdır.

Üç ay davam edən layihənin əsas məqsədi fövqəladə hallar zamanı eşitmə məhdudiyyətli şəxslərin təhlükəsizliyini artırmaq, onların həyati əhəmiyyət daşıyan məlumatlara əlçatanlığını təmin etmək və inklüziv təhlükəsizlik sahəsində ictimai maarifləndirməni gücləndirmək olub.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində fövqəladə hallar zamanı düzgün davranış qaydalarını əks etdirən 8 maarifləndirici videoçarx eşitmə məhdudiyyətli şəxslər üçün tam əlçatan formata uyğunlaşdırılmışdır. Videoçarxlara Azərbaycan İşarət Dili tərcüməsi əlavə edilmiş, subtitrlərlə təmin olunmuş və peşəkar şəkildə montaj edilərək istifadəyə hazırlanmışdır.

Hazırlanan videoçarxlar yanğın, zəlzələ, sel, qaz sızması, güclü külək və digər fövqəladə hallar zamanı təhlükəsizlik qaydalarını sadə, anlaşıqlı və əlçatan formada izah edir. Layihə çərçivəsində videolar təşkilatın sosial media səhifələrində və digər rəqəmsal platformalarda yayımlanaraq geniş auditoriyaya təqdim olunmuşdur.

Bununla yanaşı, layihə çərçivəsində fövqəladə hallarda eşitmə məhdudiyyətli şəxslərin davranış qaydalarını əks etdirən maarifləndirici çap və elektron materiallar hazırlanaraq ictimaiyyətə təqdim edilmişdir. Bu vəsaitlər eşitmə məhdudiyyətli şəxslərin, onların ailələrinin və bu sahədə çalışan mütəxəssislərin məlumatlandırılmasına xidmət edir.

Layihə rəhbəri, “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı bildirib ki, layihənin ən mühüm nəticələrindən biri fövqəladə hallar zamanı həyati əhəmiyyət kəsb edən məlumatların eşitmə məhdudiyyətli şəxslər üçün daha əlçatan hala gətirilməsidir. Onun sözlərinə görə, bu təşəbbüs inklüziv təhlükəsizlik mühitinin formalaşdırılmasına və cəmiyyətin bütün üzvlərinin bərabər informasiya əldə etmək hüququnun təmin olunmasına mühüm töhfə verir.

Layihə çərçivəsində hazırlanmış bütün maarifləndirici materialların gələcəkdə də istifadə olunması, aidiyyəti qurumlar, təhsil müəssisələri və ictimai təşkilatlar tərəfindən geniş yayılması nəzərdə tutulur.

“Səssiz Xəbərdarlıq” layihəsi bir daha göstərdi ki, fövqəladə hallar zamanı məlumatın hər kəs üçün əlçatan olması insanların həyatının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. İnklüziv yanaşmanın genişləndirilməsi isə təhlükəsiz cəmiyyətin formalaşmasının vacib şərtlərindən biridir.

AzPost.az

Post navigation

Previous: “​​​​​​​İrana hücum olarsa, regionu daş dövrünə qaytaracağıq”
Next: UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.