Saakaşvili aclıq aksiyasını dayandırıb

Həbsxanada aclıq aksiyası keçirən Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili qida, xüsusən də bal və təbii şirələr qəbul etməyə başlayıb.

Bu barədə Gürcüstanın Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin yaydığı açıqlamada deyilir.

“Bazar ertəsi günü onun üçün fərdi bank kartı hazırlanıb. Onun təbii şirələr, bal kimi çoxlu məhsul əldə etməsi üçün imkan yaradılıb. Bildiyim qədəri ilə, sifarişi təsdiqlədikdən sonra bir neçə banka bal, həmçinin bir neçə litr təbii şirə əldə edib. O, ərzaqları, eləcə də bal və təbii şirələri qəbul edib, bu da onu göstərir ki, orqanizm bu və ya digər şəkildə aclığa tab gətirə bilməz”, – deyə Penitensiar Xidmətin mətbuat xidməti qurumun rəisi Nika Tsxvaraşvilidən sitat gətirib.

Qeyd edək ki, sabiq prezident oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Hazırda o, Rustavi şəhər həbsxanasındadır. Saakaşvili özünü siyasi məhbus hesab edir və buna görə də aclıq aksiyasına başlamışdı. Gürcü Pravoslav Kilsəsi, eləcə də M.Saakaşvilinin atası onu aclıq aksiyasına son qoymağa çağırmışdı.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan güləşçisi dünya çempionu olub

Sonrakı məqalə

Hadrutun işğaldan azad edilməsinin ildönümüdür