“Saakaşvili Kiyevi tərk edib, Gürcüstandadır” –Ukrayandan açıqlama

“Sabiq prezident Mixail Saakaşvili sentyabrın 30-da Kiyevi tərk edib və hazırda Gürcüstandadır”.

Azpost.info bildirir ki, bu sözləri M.Saakaşvilinin Ukraynada təsisçisi olduğu “Sadə qərarlar və nəticələr” icitmai birliyinin rəhbəri Mariya Barabaş bəyan edib.

“3 gün əvvəl o komandanı yığdı və dedi ki, Gürcüstana gedir. Çünki Avropa və Rusiya arasında seçim qarşısında qalan ölkəsi üçün həlledici andır”-deyə Barabaş gürcü “Mtavari arxi” müxalifətçi TV-yə müsahibəsində bildirib.

Ukrayanın islahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin eksperti Georgi Sxakaya deyib ki, Saakaşvili Ukraynanı tərk etsə də Komitə sədri postundan getməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Hanı bu cənab? Elə bil sirkdir…” –