Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, yüksək dağlıq ərazilərdə 0-3° şaxta, gündüz 8-13° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Polis əri tərəfindən qətlə yetirilən qadının qardaşı danışdı –

Sonrakı məqalə

“Saakaşvili Kiyevi tərk edib, Gürcüstandadır” –