Saakaşvili tibbi yardım qəbul etməyə razılıq verib

Gürcüstanda həbsdə saxlanılan sabiq prezident Mixeil Saakaşvili həkimlərin ona yardım göstərməsinə razılıq verib.

Gürcüstan KİV-in xəbərinə görə, bu barədə siyasətçi yazdığı məktubda bildirib.

O, həbsdə qalacağı müddətdə heç bir formada qida qəbul etməyəcəyini və hətta ölümə hazır olduğunu deyib: “Bununla belə mən sona qədər sağlam düşüncəmi və işləmək qabiliyyətimi saxlamaq istəyirəm. Buna görə də həkimlər tərəfindən medikamentoz müdaxiləyə razıyam”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Hazırda Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 20-ci gündür aclıq aksiyası keçirir. Ötən gün sabiq dövlət başçısına baş çəkən həkimlər onu xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah siyasi partiyalar YAP-da toplaşacaq

Sonrakı məqalə

“Məktəblərin bağlanmasını istəmirik” –