“İlk dəfə olaraq YAP-da parlamentdə təmsil olunan siyasi partiya sədrlərinin, komitə sədrlərinin iştirakı ilə tədbir keçiriləcək”.
Bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tədbir sabah baş tutacaq.