Saakaşvilinin partiyası Ermənistana silah çatdırılması barədə xəbərə aydınlıq gətirməyi tələb edib

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Salome Samadaşvili Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) ölkə ərazisi ilə Ermənistana silah tədarükünün həyata keçirilməsi ilə bağlı fikirlərə aydınlıq gətirilməsini tələb edib. 

S. Samadaşvili belə bir hala yol verilməsinin Gürcüstanın beynəlxalq öhdəliklərinin pozulması anlamına gəldiyini bildirib.  

“Bizim münaqişə tərəflərindən hər hansı birinə Gürcüstan ərazisi ilə hərbi yüklərin daşınmaması ilə bağlı  beynəlxalq öhdəliyimiz var. Ona görə də mən XİN-i dərhal bu məsələyə aydınlıq gətirməyə çağırıram”, – deyə o vurğulayıb.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb. Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi də qeyd olunub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabirabadda toy məclisi təşkil edən şəxslər cərimələndi

Sonrakı məqalə

“Tədris Cərrahiyyə Klinikası dezinfeksiya olunmur” iddiasına cavab verildi