“Sabah” avrokuboklarla vidalaşıb

“Sabah” bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.

Masazır təmsilçisi evdə İrlandiyanın “Sent Patriks Atletik” klubunu qəbul edib.

Oyunun 58-ci dəqiqəsində Rəhman Daşdəmirov avtoqola imza atıb.

Matçda başqa qol vurulmayıb.

Bununla da “Sabah” komandası avrokuboklarda mübarizəsini dayandırıb.

Qeyd edək ki, tərəflər arasında keçirilən birinci qarşılaşmada da İrlandiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.