Sabah Azərbaycanda 32 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə AzPost-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim şimal küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 13-18° isti, gündüz 27-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.