Sabah Bakıda hava çiskin olacaq –Dağlıq rayonlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Gün ərzində mülayim cənub-qərb küləyi arabir güclənəcək.  Havanın temperaturu  gecə 5-7° isti, gündüz  9-11° isti, Bakıda  gecə 5-7° isti, gündüz  9-11° isti olacaq.

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 755 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60% olacaq. 

Fevralın 24-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti  olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib

Sonrakı məqalə

Azərbaycan İranla sərhədi bağladı –