Sabah Bakıda külək əsəcək, rayonlara yağış yağacaq

12 Aprel 2020 - 12:45

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən ya verilən məlumata görə, səhər  bəzi yerlərdə duman, zəif çiskin olacaq.  

Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 7-10° isti, gündüz  12-15° isti, Bakıda  gecə 7-9° isti, gündüz 13-15° isti olacaq.

Atmosfer  təzyiqi 765 mm civə sütunundan  771  mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Aprelin 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış,  dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  13-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz  2-7° isti  olacaq.