Sabah bu küçə və prospektlər BAĞLI OLACAQ- DİQQƏT

məhdudiyyət
məhdudiyyət

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlər bağlı olacaq, nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

AzPost xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bildirilib ki,  hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

“Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”, – deyə müraciətdə qeyd olunub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.