Sabah hava necə olacaq?

- PROQNOZ
23 Mart 2020 - 12:49

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, martın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  13-17° isti, Bakıda  gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı  yerlərdə  zəif duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti, gündüz  15-20° isti,  dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  5-10° isti olacaq.