Sabah hava necə olacaq?- PROQNOZ

Oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Əvvəlki məqalə

Zelenski həmrəylik əlaməti olaraq İsrailə səfər edəcək

Sonrakı məqalə

DYP Bakı-Sumqayıt şosesi ilə hərəkət edən avtomobil sürücülərinə müraciət edib