Zelenski həmrəylik əlaməti olaraq İsrailə səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski həmrəylik əlaməti olaraq İsrailə səfər edəcək.

Azpost.info xəbər verir ki, “Axios” bu barədə Ukrayna və İsrail rəsmilərinə istinadən yazıb.

Məlumata görə, Zelenskinin ofisi İsrail Baş nazirinin ofisinə səfərin təsdiqlənməsi üçün rəsmi sorğu göndərib.

Zelenski çərşənbə günü jurnalistlərə bildirib ki, Rusiyanın işğalının ilk günlərində Ukraynanın özünü tək hiss etməməsi çox vacib idi və beynəlxalq dəstəyin böyük rolu olub.

“Buna görə də bütün liderləri İsrailə səfər etməyə və xalqa dəstək verməyə çağırıram. Söhbət terror hücumlarından əziyyət çəkən və bu gün dünyasını dəyişən insanlara dəstəkdən gedir”, – Zelenski Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşündən sonra bildirib.

Azpost.info

Əvvəlki məqalə

Deputat Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun təklif edib

Sonrakı məqalə

Sabah hava necə olacaq?