Sabah külək əsəcək-

Rayonlara yağış yağacaq
12 İyul 2020 - 13:31

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 22-26,  gündüz  29-34, Bakıda  gecə 23-25, gündüz  31-33 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayım cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı,  dolu  düşəcəyi gözlənilir.  Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 20-25, gündüz  31-36, dağlarda gecə 11-16, gündüz  17-22 dərəcə  isti olacaq.