Koronavirus çimərlikdə yoluxmur –"Çimərkən qorxmayın, virus  suda ölür" (RUSİYA)

Yeni növ koronavirus (COVİD-19) çimərlikdə çimən zaman yoluxmur.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya İstehlakçıların Hüquqları və Mənafelərinin Qorunması Sferasında Federal Nəzarət Xidməti (Rospotrebnadzor) məlumat yayıb.

Xidmət nəzərə çatdırıb ki, çimərkən koronavirusdan qorxmamaq lazımdır, virus  suda ölür: “Açıq su məkanları koronavirus infeksiyasının yoluxma mənbəyi sayıla bilməz. Açıq su məkanlarında Günəş şüaları virusu məhv edir. Belə yoluxma halı da indiyə qədər qeydə alınmayıb”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jurnalist vəsiqəsi –

Sonrakı məqalə

Sabah külək əsəcək-