“Sabah”–“Makkabi” matçının başlama saatı açıqlanıb –UEFA Konfrans Liqası

Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah” və İsrailin “Makkabi” (Hayfa) komandaları arasında keçiriləcək cavab oyununun vaxtı açıqlanıb.

“Makkabi”nin rəsmi saytında deyilir ki, avqustun 1-də Masazırda yerləşən “Bank Respublika Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında ilk oyun isə iyulun 25-də Macarıstanın Kişvarda şəhərindəki “Varkert” stadionunda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:15-də start götürəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.