Sabah Milli Məclisin İntizam komissiyasının ilk iclası keçiriləcək

10 Mart 2020 - 17:11

Sabah – martın 11-də Milli Məclisin İntizam komissiyasının ilk iclası keçiriləcək.

“Report”un əldə etdiyi məlumata görə, iclasda komissiyaya yeni sədr və müavini seçiləcək.

Qeyd edək ki, V çağırış Milli Məclisin İntizam komissiyasının sədri Ağacan Abiyev idi. O, yenidən deputat seçilməyib.