Sabah Misirdə İsrail və HAMAS arasında danışıqlar başlayacaq

İsrail və HAMAS ABŞ-ın vasitəçiliyi ilə sabah Misirdə danışıqlar aparacaq.

APA xəbər verir ki, bu barədə İsrail mediası rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail nümayəndə heyətinə Strateji Planlaşdırma naziri Ron Dermer rəhbərlik edəcək.

ABŞ tərəfindən isə görüşdə Prezident Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edəcək. Ehtimal olunur ki, Prezidentin keçmiş müşaviri Cared Kuşner də danışıqlara qatılsın.

HAMAS bəyan edib ki, bütün israilli girovları azad etməyə və Qəzza zolağının idarəsini müstəqil bir quruma təhvil verməyə hazırdır, həmçinin vasitəçilər vasitəsilə dərhal danışıqlara başlamağa razıdır.

Danışıqların mövzusu Donald Trampın təklif etdiyi sülh planının həyata keçirilməsi olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.