Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Sabah Novruzun ilk çərşənbəsidir

Orkhan Ali 24 Fevral 2025 - 10:08 (Last updated: 21 May 2025 - 20:15)
Su çərşənbəsi

Su çərşənbəsi

Sabah – fevralın 25-də Novruz bayramının ilk çərşənbəsidir. AzPost xəbər verir ki, Su çərşənbəsi Yaz fəslinin gəlişinin müjdəçisi olan Novruz bayramının başlanğıcı sayılır.

Su çərşənbəsi ilə Novruza hazırlıqlar başlayır. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. İnanclara görə, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

Xalqın inamına görə Su çərşənbəsinin növbəti günü “təzə su”dan keçənlər, azarını-bezarını ona verənlər ilboyu xəstəlikdən uzaq olarlar.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır.

Qeyd edək ki, martın 4-də Od, martın 11-də Yel, martın 18-də isə İlaxır çərşənbə – Torpaq çərşənbəsi qeyd olunacaq.

Yaz fəslinin Azərbaycana gəlməsi isə martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir.

Xatırladaq ki, bu il Novruz və Ramazana bayramları ard-arda gəlir. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27-28 mart da istirahət günü hesab ediləcək.

29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Martın 30-u və 31-i Ramazan bayramı qeyd olunur.

Bununla da martın 20-dən aprelin 1-dək Azərbaycanda qeyri-iş günü hesab olunacaq.

Post navigation

Previous: Qarda 179 nəfər travma alıb
Next: Professor Nizaməddin Şəmsizadə vəfat edib

Oxşar xəbərlər

is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
tramp putin cin
  • Baş Yazı

Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı

User 14 Noyabr 2026 - 14:53
budce
  • Baş Yazı

2027-ci ildə kimlərin maaşı və müavinəti artacaq? – Yeni sosial paketdə 4 əsas istiqamət

User 14 Noyabr 2026 - 11:10

xƏBƏR

ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. Təbrikdə deyilir: “Hörmətli radio və televiziya işçiləri, Azərbaycan...
Read more about Prezident televiziya və radio işçilərini təbrik edib
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub WhatsApp Image 2026-11-15 at 15.34.24 (1)
  • Mədəniyyət

Gəncədə V Kitab Sərgisinin açılış mərasimi olub

User 15 Noyabr 2026 - 16:42
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.