Sabah Omanda ABŞ-İran danışıqları başlanır

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ ilə danışıqlar aparmaq üçün Omanın paytaxtı Maskatda gedir.

AzPost bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Əraqçi diplomatik və texniki ekspert heyətinə başçılıq edəcək.

Omanın hazırladığı plan və İran və ABŞ arasında razılaşma əsasında şənbə günü ölkəmizin xarici işlər naziri ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi arasında ekspert görüşləri və danışıqlar keçiriləcək.

“Danışıqlarda irəliləyiş qarşı tərəfdən xoş niyyət, ciddilik və realizm nümayiş etdirməyi tələb edir. İran nümayəndə heyəti əvvəlki təcrübəni nəzərə alaraq, atdığı hər bir addımı qarşı tərəfin davranışına uyğun düzəldəcək və İran xalqının qanuni hüquq və mənafelərinin qorunması üçün hər cür səy göstərəcək”-deyə o bildirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.