“Sabah” “Sumqayıt”ı darmadağın etdi –Premyer Liqa

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Turun sonuncu turunda “Sumqayıt” komandası “Sabah”ı qəbul edib.

“Kapital Bank Arena”da keçirilən görüş Bakı klubunun böyük hesablı qələbəsi ilə başa çatıb – 4:0.

Matçda Con İrasabal, Davit Volkov, Kristian da Silva və Kristian Sebalyos fərqləniblər.

Bu qələbədən sonra xallarını 80-ə çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. İyirmi səkkiz xalı olan “Sumqayıt” isə səkkizinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” isə səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.