Sabaha MSK-nın iclası təyin olunub –Milli Məclisə növbədənkənar seçkilərlə bağlı qərar veriləcək

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

İclasda Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi barədə məsələ müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.

İclas sabah saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir