Sabaha olan hava proqnozu

Hava
Hava

Oktyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16, gündüz 19-24, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.