Sabahdan “28 May”dan Hava limanına avtobuslar işləyəcək –

BNA
06 İyun 2021 - 16:51

İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, H1 ekspres marşrut xətti üzrə avtobuslar müəyyən olunan hərəkət sxeminə uyğun olaraq yenidən sərnişinlərimizin xidmətində olacaq.