Sabahdan metronun hərəkət qrafiki dəyişir

Metro
Metro
“Bakı metropoliteni” QSC-nin bayram günləri üzrə hərəkət qrafikində dəyişiklik olunub.
QSC-dən AzPost-a verilən məlumata görə, martın 20-21-də saat 07:00-dan 21:00-dək “Əhmədli – 28 May” istiqamətində qatarlar 2,5 dəqiqəlik intervalla hərəkət edəcək.
Ayın 22-dən 31-dək, Ramazan bayramı günləri də daxil olmaqla həmin sahədə interval 3 dəqiqə təşkil edəcək.
Xətlərin birləşdiyi “28 May” stansiyasından sonra – “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkəti qeyd edilən tarixlər üzrə müəyyən edilmiş intervaldan iki dəfə artıq olacaq.
“Bakmil” istiqaməti və əksinə hərəkət edən sərnişinlər isə metrodan martın 20-21-də şənbə günü, ayın 22-31-də isə bazar günü qrafiki üzrə istifadə edə biləcəklər.
Sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranarsa, xəttə buraxılacaq.
Stansiyalarda növbətçilik cədvəli tərtib olunmaqla əlavə nəzarət mexanizmləri tətbiq ediləcək.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.