Sabahdan vəkillər istintaq təcridxanalarına arayışsız buraxılacaq

13 May 2020 - 21:06

Azərbaycanda vəkillərin əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan istintaq təcridxanarına buraxılması bərpa edilib.

“Report” xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

“Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı COVID-19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapdı. Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən (14 may – red.) vəkillər əvvəlki qaydada əlavə tibbi arayış tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar. Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir”, – deyə o bildirib.