Emin Ağalarov həyat yoldaşından ayrıldı:"Təəssüflər ki, hər şey bizim planlaşdırdığımız kimi olmadı" (FOTO)

Azərbaycan Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı Alyona Qavrilovadan ayrılıb.

Emin Ağalarov bu barədə “İnstagram” hesabında məlumat paylaşıb.

“Bu doğrudan da bizim həyatımızda xoşbəxt günlər idi. Amma təəssüflər olsun ki, hər şey bizim planlaşdırdığımız kimi olmadı. Mən keçirdiyimiz hər bir xoşbəxt gün üçün və əlbəttə qızımız Afinaya görə sizə təşəkkür edirəm. Siz çox mehriban və özəl bir insansız. Biz bundan sonrakı həyatımızda uşağımızın tərbiyəsi ilə məşğul olmalıyıq”, – deyə Emin Ağalarov əlavə edib.

Xatırladaq ki, Azərbaycanın xalq artisti Emin Ağalarov Alyona Qavrilova ilə 2018-ci il iyul ayında ailə qurmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahdan vəkillər istintaq təcridxanalarına arayışsız buraxılacaq

Sonrakı məqalə

Allahşükür Paşazadə Dinlərarası Dialoq Mərkəzinin onlayn sessiyasında iştirak edib –