“Sabah”ın cavab oyununu idarə edəcək hakim məlum olub –Konfrans Liqası

“Sabah”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubuna qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, matç Slovakiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Peter Kraloviç olacaq. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Boris Marhefka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Sabah”–“Makkabi” oyunu saat 20:00-da başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.