Sabiq Baş nazir “Gürcü Arzusu”nun sədrliyindən istefa verib

Gürcüstanın sabiq Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili partiya sədri vəzifəsini tərk edib.

Qaribaşvili bu barədə partiyanın ofisində keçirdiyi brifinqdə bildirib.

İrakli Qaribaşvili siyasətdən getdiyini açıqlayıb.

Qeyd edək ki, Qaribaşvili 2024-cü il fevralın 1-də “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri təyin edilib. O, birinci dəfə 2013-cü il noyabrından 2015-ci ilin dekabrınadək, ikinci dəfə isə 2021-ci ilin 22 fevralından 2024-cü ilin 29 yanvarınadək Gürcüstanın baş naziri olub.

Yerli KİV-də daha əvvəl Qaribaşvili ilə hakim partiyanın digər rəhbər vəzifəli üzvləri arasında müxtəlif fikir ayrılıqlarının olması ilə bağlı məlumatlar dərc edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.