Sabiq baş nazir Nəvaz Şərif 4 ildən sonra Pakistana qayıdır

Pakistanın keçmiş baş naziri Nəvaz Şərif dörd ildən sonra ölkəyə qayıdır.

Azpost.info xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.

Qeyd edək ki, iki gün əvvəl İslamabad Ali Məhkəməsi Nəvaz Şərifə qarşı həbs qərarını oktyabrın 24-dək dayandırıb. Siyasətçiyə Böyük Britaniyadan Pakistana qayıtmaq və onun işi üzrə dinləmələrdə könüllü iştirak etmək imkanı verilib.

Qeyd olunub ki, Şərif müəyyən olunmuş müddətdə məhkəməyə gəlməsə, orderlər yenilənəcək. Şərif məhkəməyə könüllü olaraq gəlməyi öhdəsinə götürüb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.