Sabiq dövlət katibi Tofiq İsmayılovun qızı vəfat edib

Azərbaycanın sabiq dövlət katibi Tofiq İsmayılovun qızı vəfat edib. 

Azpost.info bildirir ki, Səbinə İsmayılova ağır xəstəlikdən sonra dünyasını dəyişib.

O, Azerbaycan Milli Aerokosmik Agentliyində çalışırdı.

Atası Tofiq ismayılov 1990-1991-ci illərdə Azərbaycanın dövlət katibi olub. SSRİ xlaq deputatı olan Tofiq İsmayılov aerokosmik sahədə elmi fəaliyyət göstərib.

T.İsmayılov 1991-ci ilin noyabrında Qarakənd yaxınlığında Azərbaycanın dövlət rəhbərlərinə qarşı törədilmiş terror aktı zamanı həlak olub. Onun uçduğu helikopter erməni silahlı dəstələri tərəfindən vurlumuşdu.

 

 

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.