Sabiq icra başçısı Alimpaşa Məmmədovun həbs müddəti uzadılıb

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla vəzifə cinayətləri ilə bağlı həbs olunan Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə ibtidai istintaq davam edir.

Səbail Rayon Məhkəməsində sabiq icra başçının həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə A. Məmmədovun həbs-qətimkan tədbiri müddətinin daha 3 ay uzadılması ilə bağlı qərar verib.

Qeyd edək ki, rəsmi məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dövlət əmlakının ələ keçirilməsi, vətəndaşların hüquqlarına zərər vurulması ilə bağlı qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Alimpaşa Məmmədov Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Nazirlər Kabinetinin iclasını çağırıb –

Sonrakı məqalə

“Azərbaycanın atdığı addımlar Britaniyanın prioritetləri ilə üst-üstə düşür” –