Sabiq nazir Heydər Babayevin yeni görüntüləri maraq doğurdu –Quşbazlardan nə danışıb? /VİDEO

Çoxdandır görünməyən Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Heydər Babayevlə bağlı görüntülər maraq doğurub. 

Azpost.info bildirir ki, 66 yaşlı sabiq nazirin bağ evində çay stolu arxasında yaxın adamları ilə söhbətdən çəkilən video paylaşılıb. H.Babayev bu kadrlarda quşlardan və quşbazlardan söhbət edir.

Sabiq nazir yaxşı quşbaz olmaq üçün nələrin vacib olduğunu deyir.

Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olub. 1980-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən “Xariciiqtisadibank”ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyib.

1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunub. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Naziri vəzifəsindən azad olunub.

O zamandan bəri sabiq nazir publik olaraq az görünüb. Onun xaricdə yaşadığı iddia olunurdu.

Evlidir, bir övladı var.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.