Rusiyanın energetika nazirinin keçmiş müavini Pyotr Bobylev kuryerə hücum etdiyi üçün saxlanılıb. O, çatdırılma xidmətinə çalışan kuryerin başına şampan şüşəsi atıb.
Azpost.info SHOT teleqram kanalına istinadən bildirir ki, zərərçəkmiş 33 yaşlı “Lamoda” şirkətinin kuryeri Andrey keçmiş yüksək vəzifəli məmur haqqında polisə məlumat verib. Onun sözlərinə görə, dünən axşam saat on bir radələrində sifarişə əsasən şirkət maşını ilə Frunzenskaya sahilində həyət boyu sürüb. Bu zaman bir cütlük ona tərəf gəlirmiş. Kuryerin dediyinə görə, onlar sərxoş olublar və əllərində şampan şüşəsi olub. Kişi maşının fənərlərini yandırmadığı üçün Andreyin üstünə qışqırmağa başlayıb.
Zərərçəkmiş deyir ki, onlara hər şeyin nəzarətdə olduğunu izah etməyə çalışsada dialoq baş tutmayıb. Keçmiş energetika nazirinin müavini Bobylev pəncərədən tüpürməyə başlayıb, sonra isə şampan şüşəsini ona tərəf tolazlayıb. Sınmış şüşə qəlpələri sürücünün başına dəyib. Xəstəxanada onun qulağı tikilib.
Məmur polis şöbəsinə aparılıb.
Bobylev 2010-cu ildən Rusiya Energetika Nazirliyində işləyir və müxtəlif vəzifələrdə çalışıb. O, 2021-ci ildə nazir müavini olub, lakin bir il sonra öz istəyi ilə bu postu tərk edib. İndi o, Energetika Nazirliyində Kömür Sənayesinin İnkişafı Departamentinə rəhbərlik edir.
